Belçika klubundan Türkiyəyə mesaj: "Belə bir zamanda futbol ikinci plandadır" - Foto
Tarix: 15-02-2023 14:53 | Bölmə: İdman
Belçika klubundan Türkiyəyə mesaj: "Belə bir zamanda futbol ikinci plandadır"

Konfrans Liqası çərçivəsində "Trabzonspor"la oyun üçün Türkiyəyə gələn Belçikanın "Basel" komandası hava limanından paylaşım edib.

Reyting.az
xəbər verir ki, "Tvitter" sosial şəbəkəsində yayılan paylaşımda Türkiyədəki zəlzələ nəzərdə tutularaq deyilir:

"Belə bir zamanda futbol ikinci plandadır. Ürəyimiz zəlzələdən zərərçəkənlərlə birdir".

Xatırladaq ki, oyun sabah Türkiyə vaxtı ilə saat 20.45-də Trabzonda olacaq.

Oyunu Litvadan olan hakim Donatas Rumsas idarə edəcək.

Qarşılaşma TV8-dən canlı və şifrəsiz yayımlanacaq.

AZƏR
Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}