Qurban Qurbanov: "İkinci dəfə bu turnirin pley-off mərhələsində olacağıq"
Tarix: 15-02-2023 18:02 | Bölmə: İdman
Qurban Qurbanov: "İkinci dəfə bu turnirin pley-off mərhələsində olacağıq"

"İkinci dəfə bu turnirin pley-off mərhələsində olacağıq".

Reyting.az
xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Belçikanın "Gent" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

O bildirib ki bu oyun çox vacib oyun olacaqa çıxacağıq: "Rəqib sürətli oyunçulara malikdir və 90 meydanda yaxşı pressinq edirlər. Maraqlı oyun alınacaq. Yaxşı nəticə ilə azarkeşləri sevindirmək istəyirik. Bu rəqibə qarşı bəzi risklərə getməliyik. Hər zona həddindən artıq diqqətli olmalıyıq. Qarşıda cavab görüşü də var. Azarkeş baxımından üstünlük bizdə olacaq. Böyük problemimiz yoxdur. Sadəcə, komanda tam istədiyim kimi deyil. Qarşıdakı oyunlarda daha yaxşı "Qarabağ" gözləyirəm. Buna nail olacağımıza inanıram".

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}