Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib
Tarix: 16-02-2023 16:15 | Bölmə: İdman
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə yarımfinala yüksəlib.

Məlumata görə, 60 kq çəki dərəcəsində Balabəy Ağayev, 66 kq-da Orxan Səfərov bu mərhələyədək irəliləməyi bacarıb.

Ağayev ardıcıl olaraq Bryan Qarboa (Ekvador) və Simone Aversanı (İtaliya) məğlub edib. Onun yarımfinaldakı rəqibi Luka Mxeidze (Fransa) olacaq. Eyni çəkidəki Turan Bayramov 1/8 finalda Salih Yıldıza (Türkiyə) yenilib.

Orxan Səfərov Xoakin Tovalyari (Argentina), David Qarsiya (İspaniya) və Denislav İvanovla (Bolqarıstan) dueldən qalib ayrılıb. Avropa çempionu finala gedən yolda Laşa Nadiradzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq(Report).

Qeyd edək ki, Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}