"Qalatasaray"ın yeni transferini "Roma"da döyüblər
Tarix: 16-02-2023 17:25 | Bölmə: İdman
"Qalatasaray"ın yeni transferini "Roma"da döyüblər

"Qalatasaray"ın İtaliyanın "Roma" komandasından yeni transfer etdiyi Nikolo Zaniolo barədə maraqlı iddia yayılıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İtalya Futbolçular Birliyinin prezidenti açıqlama verib.

Umberto Kalkagno jurnalistlərə deyib ki, Zaniolonun "Roma"dan ayrılmasını sürətləndirən nə əlverişli təklif, nə də futbolçunun performansı olub:

"Zaniolonun Türkiyəyə getməsi... Çox üzgünəm, çünki bu transferi tətikləyən futboldan kənar şeylər var".

O, açıqlamasında futbolçuya qarşı "Roma"da zor tətbiqi olduğuna da işarə edib: "Zaniolo ilə bağlı proses daha yaxşı idarə oluna bilərdi. Ancaq bu şiddətin bəhanəsi ola bilməz".

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}