“Barselona”-“Mançester Yunayted” oyununda rekord
Tarix: 17-02-2023 10:55 | Bölmə: İdman
“Barselona”-“Mançester Yunayted” oyununda rekord

Barselonanın “Nou-Kamp” stadionunda keçirilən matçı 90.255 azarkeş canlı olaraq izləyib.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, futbol üzrə Avropa Liqasının 1/16 finalında İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” klubları arasındakı oyunu izləmək üçün stadiona 90.255 azarkeş toplaşıb.

Beləliklə, Avropa Liqasında stadiondakı azarkeşlərin sayına görə yeni rekord qeydə alınıb. Buna qədər ən yüksək göstərici 6 il əvvəl Londonun “Uembli” stadionunda yerli “Tottenhem”lə Belçikanın “Gent” klubları arasındakı matça aid idi - 80 465 azarkeş.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}