FIFA Türkiyə və Suriyaya humanitar yardım ayırıb
Tarix: 17-02-2023 13:40 | Bölmə: İdman
FIFA Türkiyə və Suriyaya humanitar yardım ayırıb

FIFA Türkiyə və Suriyaya zəlzələyə görə humanitar yardım göstərib.

Mılumata görə, bunun üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.

FIFA Türkiyə Futbol Federasiyası (TFF), Suriya Futbol Assosiasiyası (SFA) və qeyri-hökumət təşkiları ilə məsləhətləşmələrdən sonra zəruri əşyaların alınmasına, paylanmasına başlayacaq.

Qurum vəziyyəti izləyəcəklərini, gələcək tədbirlər üçün TFF və SFA ilə əməkdaşlığı davam etdirəcəklərini bildirib/Report.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub