Terimin açıqlaması "Fənərbağça" tərəfdarlarının qəzəbinə səbəb olub
Tarix: 21-02-2023 20:17 | Bölmə: İdman
Terimin açıqlaması "Fənərbağça" tərəfdarlarının qəzəbinə səbəb olub

"Fənərbağça"da əsas heyətlə meydana çıxmaqda zorlanan gənc oyunçu Arda Güler Türkiyənin idman ekspertlərini iki yerə bölüb.

Reyting.az
xəbər verir ki, bir qrup baş məşqçi Jorge Jesusu bu qərarına görə sərt tənqid, digər bir qrup isə təqdir edir.

"Radio sport"a açıqlama verən məşhur şərhçi Sinan Enginin "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terimin adından verdiyi açıqlama isə "Fənərbağça" tərəfdarlarının qəzəbinə səbəb olub. Onlar sosial şəbəkələrdə Terim haqqında sərt ifadələr işlədib.

Belə ki, şərhçi açıqlamasında deyib ki, o, Terimə "Arda Güler sənin əlində olsa, nə edərdin?" sualını verib: "Terim dedi ki, indiyə qədər onu 300 oyunda oynadardım".

Xatırladaq ki, Güler bir müddətdir "11-liy"ə düşə və rəsmi matçlarda forma geyinə bilmir.

Baş məşqçi bunu futbolçunun "öz oyununu tapa bilməməsi" ilə əlaqələndirir.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}