20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
AFFA futbol klublarını cəzalandırıb
Tarix: 23-02-2023 16:52 | Bölmə: İdman
AFFA futbol klublarını cəzalandırıb

AFFA İntizam Komitəsi "Neftçi" klubunu 4 000 manat məbləğində cərimələyib.

Reyting.az
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna "ağ-qaralar"ın azarkeşlərinin "Səbail"ə (3:0) qalib gəldikləri Premyer Liqanın XXIII tur matçında kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Qarşılaşmadan əvvəl meydançanın vaxtında sulanmamasına görə "Neftçi"yə xəbərdarlıq da edilib.

"Səbail"ə isə 400 manat məbləğində cərimə kəsilib. "Dənizçilər"in dörd oyunçusu sözügedən görüşdə sarı vərəqə ilə cəzalanıb.

Komitə "Kəpəz" klubuna da xəbərdarlıq edib. Gəncə təmsilçisinin topdaşıyanları "Şamaxı"nı 3:2 hesabı ilə yendikləri oyunda topları futbolçulara ötürərkən vaxtı uzadıblar.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər