Yarımmüdafiəçi Fransa klubu ilə yeni müqavilə bağlayıb
Tarix: 27-02-2023 15:35 | Bölmə: İdman
Yarımmüdafiəçi Fransa klubu ilə yeni müqavilə bağlayıb

Yarımmüdafiəçi Aleksandr Qolovin "Monako" komandası ilə müqaviləni uzadıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, A. Qolovinin Fransa klubu ilə yeni müqaviləsi 2025/26 mövsümünün sonuna kimi hesablanıb.

Xatırladaq ki, Rusiya millisinin yarımmüdafiəçisinin son müqaviləsi 2024-cü ildə başa çatır.

Qeyd edək ki, Qolovin 2018-ci ildən "Monako"da çıxış edir. Liqa 1-in cari mövsümündə o, 24 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}