20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Arda Turan İspaniyada vergidən yayınmaqda ittiham edilir
Tarix: 27-02-2023 17:04 | Bölmə: İdman
Arda Turan İspaniyada vergidən yayınmaqda ittiham edilir

Türkiyə millisinin sabiq futbolçusu Arda Turan İspaniyada vergidən yayınmaqda ittiham edilir.

"Sport" qəzeti xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçinin ümumilikdə 828 min avro borcu var.

Arda Turanın 2015-ci ildə 499 min 740, 2016-cı ildə isə 328 min 351 avro məbləğində vergidən yayındığı bildirilir.

Prokurorluq "Atletiko" (Madrid) və "Barselona" klublarında çıxış etmiş oyunçu üçün cinayət işi açılmasını tələb edib.

Qeyd edək ki, Arda Turan 2011-2015-ci illərdə Madrid təmsilçisinin, 2015-2020-ci illərdə isə müqavilə ilə Kataloniya klubuna məxsus olub/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər