"İnter" türk futbolçunu 25 milyon avroya satışa çıxarıb
Tarix: 28-02-2023 10:45 | Bölmə: İdman
"İnter" türk futbolçunu 25 milyon avroya satışa çıxarıb

"İnter" forması ilə uğurlu mövsüm keçirən Hakan Çalhanoğlu satışa çıxarılıb.

Reyting.az
xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilib ki, artıq onu heyətində görmək istəyən İngiltərə komandaları - “Sauthempton” və “Lids Yunayted” hərəkətə keçiblər.

Məlumata görə, “İnter” Türkiyə millisinin futbolçusundan son dərəcə razı olsa da, maliyyə feyr-pley qaydalarına görə Hakanın gedişinə müsbət yanaşır:

"Klub 29 yaşlı Hakanın transferi üçün 25 milyon avro tələb edir...".

Bu arada Türkiyə mətbuatı yazır ki, "Qalatasaray"dan olduğu bilinən Hakan Çalhanoğlunun bu kluba transferi də müzakirə olunur. Lakin "İnter"in tələb etdiyi 25 milyon avro İstanbul klubunun cəsarətini qırıb.

Xatırladaq ki, Hakan bu mövsüm "İnter"in heyətində 32 oyun keçirib, 3 qol vurub, 6 məhsuldar ötürmə edib.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}