Brazilyalı məşhur qolçu “Qalatasaray”a gəlir - Ərəb jurnalistdən açıqlama
Tarix: 28-02-2023 17:36 | Bölmə: İdman
Brazilyalı məşhur qolçu “Qalatasaray”a gəlir - Ərəb jurnalistdən açıqlama

Bir müddət “Beşiktaş”da çıxış edən brazilyalı məşhur qolçu Anderson Taliska “Qalatasaray”la anlaşıb.

Reyting.az
xəbər verir ki, bu barədə səudiyyəli jurnalist Jryan Əl-Odhiani açıqlama yayıb.

O bildirib ki, hazırda Səudiyyə Ərəbistanının “Əl Nassr” komandasıda çıxışı edən futbolçu sezonun sonunda klubla yollarını ayırmağa qərar verib.

Onun sözlərinə görə, Ronaldunun gəlişindən sonra klub bu dəfə digər yaşlı ulduzlar - Modriç və Ramosu da heyətinə qatmağı planlaşdırıb: "Əsasən də xorvat Modriçin transferi Talıskanın yerini dar edəcək. Ona görə brazilyalı komandadan ayrılmaq istəyir. Bildiyim qədəri ilə, o, artıq "Qalatasaray"la şifahi razılaşıb. Sadəcə, tərəflər mövsümün sonunu gözləyir".

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}