20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Millinin keçmiş hücumçusu vəfat edib
Tarix: 01-03-2023 19:50 | Bölmə: İdman
Millinin keçmiş hücumçusu vəfat edib

Fransa millisinin keçmiş hücumçusu Just Fontaine 90 yaşında vəfat edib. Reyting.az xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.

Xatırladaq ki, Fontaine Dünya Kubokunda ən çox qol vuran futbolçulardan olub. O, 1958-ci ildə İsveçdə keçirilən turnirdə 13 qol vurub.

Ümumilikdə Fontaine Fransa millisində 21 oyun keçirib və 30 qol vurub. O, klub səviyyəsində “Nitsa” və “Reyms”də oynayıb, dördqat Fransa çempionu olub və iki dəfə Fransa kubokunu qazanıb.

Fontaine Fəxri Legion Cəngavəri idi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər