Ronaldinyonun oğlu "Barselona" ilə müqavilə imzalayıb - Foto
Tarix: 02-03-2023 19:15 | Bölmə: İdman
Ronaldinyonun oğlu "Barselona" ilə müqavilə imzalayıb

Braziliyalı hücumçu Joao Mendes "Barselona" klubuna keçib. Reyting.az xəbər verir ki, bu barədə Kataloniya komandasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, martın 2-də futbolçu ilə 2024-cü il iyunun 30-dək əmək müqaviləsi imzalanıb. Müqavilənin digər təfərrüatları açıqlanmır.

Xatırladaq ki, 18 yaşlı Mendes "Barselona"nın keçmiş yarımmüdafiəçisi Ronaldinyonun oğludur.

Onu da qeyd edək ki, hələ aylar öncə xarici KİV-lər Mendesin "Barselona"ya keçəcəyi ilə bağlı məlumatlar paylaşırdı.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}