Braziliyalı hücumçu "Liverpul"la vidalaşır
Tarix: 03-03-2023 16:22 | Bölmə: İdman
Braziliyalı hücumçu "Liverpul"la vidalaşır

Roberto Firmino mövsümün sonunda "Liverpul" komandasını tərk edəcək. Reyting.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilir ki, hücumçu artıq son qərarını verib, o, "Liverpul"la müqaviləsini yeniləməyəcək və bu yay komandanı pulsuz transferlə tərk edəcək.

Braziliyalı Roberto Firminonun bu gün qərarını şəxsən Yurgen Kloppa çatdırdığı bildirilir.

Qeyd edək ki, Firmino 2015-ci ildə "Liverpul"a keçib. O, klubla 7 kubok - Premyer Liqa, Çempionlar Liqası, İngiltərə Kuboku və Super Kuboku, İngiltərə Liqa Kuboku, Avropa Superkuboku və Klublararası Dünya Çempionatını qazanıb.

Bu mövsüm 31 yaşlı hücumçu "Liverpul"un heyətində 25 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}