Daha iki cüdoçumuz mübarizəyə başlayır
Tarix: 04-03-2023 10:24 | Bölmə: İdman
Daha iki cüdoçumuz mübarizəyə başlayır

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayacaq.

Reyting.az
xəbər verir ki, 73 kq çəkidə çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində tacikistanlı Bahruzi Xocazoda ilə üz-üzə gələcək.

Eyni çəkidəki Rəşid Məmmədəliyev özbəkistanlı idmançı Şaxram Ahadovla qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}