14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
21 yaşlı futbolçu oyun zamanı infarkt keçirib - Droqbadan etiraz
Tarix: 07-03-2023 10:48 | Bölmə: İdman
21 yaşlı futbolçu oyun zamanı infarkt keçirib - Droqbadan etiraz

Fil Dişi Sahilinin 1-ci liqa klubu "Racing"in 21 yaşlı futbolçusu Moustapha Sylla oyun zamanı qəfil infarkt keçirib.

Reyting.az
-ın məlumatına görə, bu hadisədən sonra baş verənlərə Fil Dişinin əfsanəvi futbolçusu, dünya ulduzu, bir vaxtlar "Qalatasaray"da da oynamış Didye Droqba "od püskürüb".

O, infarkt keçirən futbolçunun xəstəxanaya aparılarkən yolda ölməsini ölkəsindəki bərbad səhiyyə sistemi ilə əlaqələndirib.

Son 4 ildə 3 futbolçunun məhz eyni problem səbəbindən vəfat etməsindən dərin kədər hissi keçirdiyini yazan Droqba futbolçuların tezliklə bütün müayinələrdən keçirilməsini tələb edib.

AZƏR
Reyting.az







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}