Braziliyalı hücumçu “Real”ın ən yaxşı oyunçusu seçilib
Tarix: 09-03-2023 19:28 | Bölmə: İdman
Braziliyalı hücumçu “Real”ın ən yaxşı oyunçusu seçilib

Hücumçu Vinisius Juniorun fevral ayında “Real” komandasının ən yaxşı oyunçusu seçilib. Reyting.az xəbər verir ki, bunu Madrid təmsilçinin mətbuat xidməti bildirib.

Məlumata görə, braziliyalı oyunçu qışın sonunda Madrid klubunun heyətində bütün yarışlarda yeddi oyun keçirib və altı qol vurub.

Bundan əlavə, fevral ayında Vinisius Klublararası Dünya Çempionatının ən yaxşı oyunçusu kimi “Qızıl Top” mükafatına layiq görülüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}