İspan baş məşqçi: "Qalatasaray"da mənə çox haqsızlıq oldu"
Tarix: 09-03-2023 22:07 | Bölmə: İdman
İspan baş məşqçi: "Qalatasaray"da mənə çox haqsızlıq oldu"

"Qalatasaray"ın sabiq baş məşqçisi Domenek Torrent "Bəyaz" TV-yə maraqlı açıqlamalar verib.

Reyting.az
-ın məlumatına görə, ispaniyalı məşqçi 2021-22 mövsümündə "Qalatasaray" tarixinin ən pis oyununu keçirərək 13-cü yerdə olmasına toxunmadan deyib ki, İstanbul klubunda ona haqszlıq olub: "Fatih Terimə böyük hörmətim var. O, əfsanədir. Fatih Terimi bütün dünya tanıyır. Mənə edilən haqsızlıq məndən əvvəl də ona olunub".

"Qalatasaray"ın sükanı arxasındaykən onu ən yaxşı anlayan Kərəm Aktürkoğlunun olduğunu bildirən təcrübəli məşqçinin sözlərinə görə, o, gec-tez bu futbolçu ilə eyni komandada çıxış edəcək: "Bir gün Avropada yaxşı komandanın başına keçən kimi, Kərəmi dərhal komandama transfer edəcəm”.

Torrent daha sonra bildirib ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona” ilə UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarından sonra ona zəng edərək təbrik edib: "O, məndən Taylanı soruşdu. Dedi ki, bu oyunçu məni heyran etdi. O, eyni zamanda, Markao və Nelssonu da çox bəyəndiyini bildirdi...".

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}