"Barselona" Messini qaytarmaq istəmir
Tarix: 10-03-2023 17:58 | Bölmə: İdman
"Barselona" Messini qaytarmaq istəmir

Mövsümün sonunda “PSJ” ilə müqaviləsi başa çatacaq hücumçu Lionel Messi “Barselona”ya qayıtmaq istəyir.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, L. Messinin istəyinin əksinə olaraq, İspaniya klubu hadisələrin belə inkişafını istəmir və müvafiq tədbir görmür. Bu səbəbdən də 2022-ci il dünya çempionunun gələcəyi qeyri-müəyyəndir.

Qeyd edək ki, Messi "Barselona"nın yetirməsidir, o, 2021-ci ildə yeni müqavilə ilə razılaşmadan klubdan ayrılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}