Qadın boksçularımızın rəqibləri bəlli olub - Siyahı
Tarix: 15-03-2023 16:50 | Bölmə: İdman
Qadın boksçularımızın rəqibləri bəlli olub

Azərbaycanın qadın boksçularının Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək dünya çempionatındakı ilk rəqiblərinin adları açıqlanıb.

Federasiyadan Reyting.az-a verilən məlumata görə, mübarizəyə ilk olaraq Anaxanım İsmayılova və Zeynəb Rəhimova qoşulacaqlar.

Dünya çempionatı

1/32 final
16 mart


Anaxanım İsmayılova (50 kq) – Zarin Nixad (Hindistan)
Zeynəb Rəhimova (54 kq) – Lethokule Sibisi (CAR)

1/16 final
18 mart


Günel Rəhimova (48 kq) – Snejana Silykoviç (Serbiya)
Şəhla Allahverdiyeva (66 kq) – Mariya Ernandes (Dominikan Respublikası)

19 mart

Məhsəti Həmzəyeva (57 kq) – Cennifer Peters (Yeni Zelandiya)

22 mart
1/4 final


Aynur Rzayeva (+81 kq) – Angel Corc Eyed (Trinidad və Tobaqo)/Kelin Li-Lo (Yeni Zelandiya).

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}