UEFA Rusiya yığmasına mane ola bilməyəcək
Tarix: 15-03-2023 19:27 | Bölmə: İdman
UEFA Rusiya yığmasına mane ola bilməyəcək

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya komandasının Mərkəzi Asiya Birliyi Çempionatında mümkün iştirakına reaksiya verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bundan əvvəl mətbuat yayda Rusiyanın milli komandasının Orta Asiya Futbol Assosiasiyasının ilk turnirində çıxış edəcəyi barədə məlumat vermişdi.

TASS-ın UEFA nümayəndəsindən gətirdiyi sitatda deyilir:

“Yoldaşlıq oyunları UEFA yarışlarının bir hissəsi deyil, UEFA-nın səlahiyyət və məsuliyyəti xaricindədir. Bu səbəbdən Rusiya komandalarının yoldaşlıq turnirlərində iştirakı UEFA İcraiyyə Komitəsinin Rusiya komandalarını qurumun himayəsi altında keçirilən yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına zidd deyil”.

Qeyd edək ki, 2022-ci il fevral ayının sonunda FİFA və UEFA Rusiya komanda və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}