07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Şahmatçılar dopinq testinə cəlb olunacaq
Tarix: 28-03-2023 14:42 | Bölmə: İdman
Şahmatçılar dopinq testinə cəlb olunacaq

Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda görüşlərdə dopinq testi olacaq.

Bu barədə TASS-a açıqlamasında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bildirib.

FIDE rəhbəri şahmatda heç vaxt dopinqin aşkarlanmadığını da söyləyib: "Buna baxmayaraq, Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə müqaviləmizə uyğun olaraq biz qrossmeysterlərdən hər qarşılaşmada bir dəfə dopinq testi almalıyıq".

Qeyd edək ki, şahmat tacı uğrunda görüş aprelin 7-dən mayın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib