07:40 / 21-04-2025
TBMM heyəti Moskvaya gəlib
18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Messi müqaviləni uzatmaq qərarına gəlib
Tarix: 30-03-2023 17:43 | Bölmə: İdman
Messi müqaviləni uzatmaq qərarına gəlib

Argentina millisinin 35 yaşlı hücumçusu Lionel Messi Fransa çempionu PSJ ilə müqaviləni gələn mövsümün sonuna qədər uzatmaq qərarına gəlib. Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, L. Messinin Paris klubu ilə hazırkı müqaviləsi bu ilin iyun ayına qədərdir.

Messi 2024-cü ilin yayında Amerikanın “İnter Mayami” klubuna keçmək niyyətindədir. O, hesab edir ki, bu keçid ona ABŞ, Kanada və Meksikada eyni vaxtda keçiriləcək 2026-cı il dünya çempionatına daha yaxşı hazırlaşmağa imkan verəcək.

Qeyd edək ki, Messi bu mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub