20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa Kuboku: Azərbaycan millisinin heyəti açıqlanıb
Tarix: 11-04-2023 17:19 | Bölmə: İdman
Avropa Kuboku: Azərbaycan millisinin heyəti açıqlanıb

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Polşanın Poznan şəhərində keçiriləcək Avropa Kuboku üçün heyəti açıqlanıb.

Federasiyadan Reyting.az-a verilən məlumata görə, turnirdə ölkə 12 çəki dərəcəsində 15 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.

İdmançılara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

Qızların mübarizəsində Leyla Dəmirova (48 kq), Zeynəb Məmmədova (52 kq), Lətifə Abbasova (57 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.

Oğlanların yarışında isə Nizami İmranov, Nurlan Kərimli, Murad Muradlı, Nicat Nağıyev (hamısı 60 kq), Nicat Nağıyev, Samir Piriyev, Aydın Rzayev (hamısı 66 kq), Qadir Hüseynov, Süleyman Əliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli, Əli Hacızadə (90 kq), İsmayıl Zamanov, Əjdər Bağırov (90 kq), Tamerlan Cabbarov (100 kq) və Kənan Nəsibov (+100 kq) tamamiyə çıxacaq.

Qeyd edək ki, 25 ölkədən 452 idmançının iştirak edəcəyi Avropa Kuboku 15-16 apreldə təşkil olunacaq. Azərbaycan cüdoçuları 17-19 apreldə Poznanda beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.




Bölməyə aid digər xəbərlər
Bu gün, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər