Komitə sədri baş katibi vəzifədən azad edib
Tarix: 12-04-2023 14:16 | Bölmə: İdman
Komitə sədri baş katibi vəzifədən azad edib

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.

Federasiyadan Reyting.az-a verilən məlumata görə, bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar verilib.

İclasda AVF-in prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.

Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib