20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib - De Byazi toplantını erkən tərk edib
Tarix: 13-04-2023 12:16 | Bölmə: İdman
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib - De Byazi toplantını erkən tərk edib

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

Reyting.az
xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.

İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib.

Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib.

O, "Report"a verdiyi açıqlamada bildirib ki, Tbilisi - Bakı üzrə səhər reysi təxirə salındığı üçün Gürcüstandan gələ bilməyib.

Yekun qərarların yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.




Bölməyə aid digər xəbərlər
Bu gün, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər