Ağır Atletika Federasiyası Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat ayıb
Tarix: 15-04-2023 11:55 | Bölmə: İdman
Ağır Atletika Federasiyası Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat ayıb

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Avropa Ağır Atletika Federasiyasına və Beynəlxalq Ağır Atletika Federasiyasına rəsmi bəyanat ünvanlayıb.

Reyting.az
xəbər veirr ki, bəyanatda deyilir ki, hazırda İrəvanda olan federasiya rəsmisi baş vermiş hadisə ilə bağlı rəhbərliyin öz mövqeyini bildirib

“Beynəlxalq Ağır Atletika Federasiyasının birbaşa prezidentinə, eyni zamanda, Avropa Ağır Atletika Federasiyasına fikirlərimizi bildirmişik, sərt etirazımızı etmişik. Onlardan buna reaksiya verməyi, qərar verməyi tələb etmişik. Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanı beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan millisi Avropa çempionatında iştirakdan imtina edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}