"Qalatasaray" müdafiəçisini istəyən İtaliya komandasına "yox" cavabı verib
Tarix: 17-04-2023 16:04 | Bölmə: İdman
"Qalatasaray" müdafiəçisini istəyən İtaliya komandasına "yox" cavabı verib

İtaliya klomandasının "Qalatasaray"ın müdafiəçisi Abdülkerim Bardakçı üçün təklifi geri çevrilib.

Reyting.az
xəbər verir ki, "Atalanta" klubu futbolçunun transferi üçün 4 milyon avro və növbəti satışdan 10% pay təklif edib.

"Sky Italia"nın məlumatına görə, təklifi eşidən "Qalatasaray" rəhbərliyi "bunun üçün Türkiyəyə gəlməyə və amsaya oturmağa belə ehtiyac yoxdur. Bu qiymətə sövdələşmə əsla ola bilməz", - deyə komandaya ismaric göndərib.

Məlumata görə, “Qalatasaray” futbolçunu ən azı 8 milyon avroya satmağı planlaşdırıb.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}