Komanda yoldaşını yumruqlayan futbolçu satışa çıxarılıb
Tarix: 18-04-2023 14:34 | Bölmə: İdman
Komanda yoldaşını yumruqlayan futbolçu satışa çıxarılıb

“Bavariya” klubunun rəhbərliyi komanda yoldaşını yumruqla vuran seneqallı Mane haqqında sərt cəza qərarı verib.

Reyting.az
-ın xəbərinə görə, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti”yə 3:0 hesabı ilə uduzduqdan sonra paltardəyişmə otağında Mane həmkarı Saneni yumruqla vurub.

Məlumata görə, bu hadisədən sonra komandanın heyətindən çıxarılan və 300 min avro cərimələnən Mane ilə bağlı daha bir qərar qəbul edilib.

Almaniya mətbuatı yazır ki, komandanın baş məşqçisi israrla onun komandadan uzaqlaşdırılmasını tələb edib və klub rəhbərliyi buna müsbət yanaşıb.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}