20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
AFFA klubları cərimələyib
Tarix: 27-04-2023 12:57 | Bölmə: İdman
AFFA klubları cərimələyib

AFFA İntizam Komitəsi Premyer Liqanın XXXI turunda qeydə alınan neqativ hallara görə klubları cərimələyib.

Reyting.az
xəbər verir ki, qərara əsaəsn, “Neftçi” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 800 manat cərimə olunub.

“Sumqayıt” – “Qəbələ” qarşılaşmasına təcili tibbi yardım maşını təyin olunan vaxtdan gec gəldiyindən, birincilər 400 manat ziyana düşüblər.

Həmçinin, görüşdə meydançaya kənar əşyalar atılıb ki, bu, “gənclik şəhəri” təmsilçisinin daha 1600 manat cərimələnməsinə səbəb olub. Eyni zamanda, 6 oyunçusu sarı vərəqə alan “Qəbələ” də 800 manatlıq cərimə ödəməlidir.

Bundan əlavə, AFFA "Qarabağ" və "Zirə" klublarını cərimələyib.

Buna səbəb komandalar arasında keçirilmiş Premyer Liqanın XXXI tur oyununda baş verənlər hadisələr olub.

Ağdam təmsilçisi 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ödəyəcək. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün "köhlən atlar" əlavə olaraq 1600 manat da ziyana düşüb.

"Zirə" görüşdən sonra “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə 800 manat, İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə isə 2000 manat məbləğində cərimələnib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər