“Formula 2” üzrə əsas yarışın qalibləri mükafatlandırılıb
Tarix: 30-04-2023 13:01 | Bölmə: İdman
“Formula 2” üzrə əsas yarışın qalibləri mükafatlandırılıb

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisində “Formula 2”-nin əsas yarışı başa çatıb.

Reyting.az
xəbər verir ki, 29 dövrənin tamamında "Prema Racing"in pilotu Oliver Bearman bütün rəqiblərini geridə qoyub.

"Rodin Carlin"dən Enzo Fittipaldi ikinci, "Art Grand Prix"dən Teo Purşer üçüncü olub. Bu sürücülər sıralama turunda da müvafiq mövqelərdə qərarlaşmışdılar.

"Hitech"dən İsak Hacar uzun müddət lider olsa da, bunu sonadək davam etdirə bilməyib. “PHM Racing”dən Bred Benavides qəza törətdiyi üçün mübarizəni dayandırmışdı.

Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da başlayacaq.

Bu arada “2023 Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində “Formula 2” üzrə əsas yarışın qalibləri mükafatlandırılıb.

Mükafatları gənclər və idman nazirinin müavini Mariana Vasileva və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) direktoru Maqsud Fərzullayev təqdim ediblər.(APA)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}