"Real" Zidanı komandaya qaytarmaq istəmir
Tarix: 30-04-2023 22:21 | Bölmə: İdman
"Real" Zidanı komandaya qaytarmaq istəmir
Zinəddin Zidan

Daha əvvəl Zinəddin Zidanın baş məşqçi postuna qayıtması üçün danışıqların aparıldığı bildirilsə də, “Real Madrid” onu komandaya qaytarmaq fikrində deyil. Reyting.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Bildirilir ki, klub rəhbərliyi Karlo Ançelottiyə güvənir və növbəti mövsümü planlaşdırarkən onunla məsləhətləşir.

İtaliyalı mütəxəssisin "Real Madrid"də işlədiyi dövrdə Ançelotti ilə Florentino Peres arasındakı münasibət indi həmişəkindən daha yaxşıdır. Ançelotti 2024-cü ilin yayında başa çatacaq müqavilənin sonuna kimi "Real Madrid"də işləmək niyyətindədir.

Bundan əlavə, nəşr Zidanın özünün də "Real Madrid"lə əlaqə saxlamadığını yazır. Fransız futbolçunun məşqçilik karyerasını davam etdirməsi üçün mümkün variantlar arasında “PSJ” və “Yuventus” da var.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}