17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Avropa Kuboku: Azərbaycanın iki cüdoçusu bürünc medal qazanıb
Tarix: 15-05-2023 12:33 | Bölmə: İdman
lAvropa Kuboku: Azərbaycanın iki cüdoçusu bürünc medal qazanıb

Azərbaycanın gənc qız cüdoçulardan ibarət milli komandası Litvanın Kaunas şəhərində keçirilən Avropa Kubokunda 2 medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından Reyting.az-a verilən məlumata görə, yığmanın iki üzvü yarışda bürünc mükafata yiyələnib.

Qızların mübarizəsində Leyla Dəmirova (48 kq) və Nigar Süleymanova (+78 kq) fəxri kürsüyə qalxıb.

Digər cüdoçulardan Rita Əliyeva (52 kq), Pərvanə Abdullayeva (70 kq), Nərmin Əmirli (78 kq) 5-ci yeri, Gülnarə Bayramova və Nuray Quliyeva (hər ikisi 57 kq) 7-ci yeri tutublar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}