Bədii gimnastika üzrə 2027-ci il dünya çempionatı Bakıda keçiriləcək
Tarix: 15-05-2023 14:59 | Bölmə: İdman
Bədii gimnastika üzrə 2027-ci il dünya çempionatı Bakıda keçiriləcək

2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından Reyting.az-a verilən məlumata görə, qərar Beynəlxalq Gimnastika Federasiyasının Şurasının Türkiyənin Antalya şəhərində baş tutan iclasında səsvermə yolu ilə qəbul edilib.

Yarış 15-19 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Qeyd edək ki, yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı İsrail də namizədliyini irəli sürmüşdü. Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Xatırladaq ki, Bakı 2005 və 2019-cu illərdə də mundiallara ev sahibliyi edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}