“Milan”ın sahibi baş məşqçini komandadan kənarlaşdırmaq istəyir
Tarix: 16-05-2023 01:11 | Bölmə: İdman
“Milan”ın sahibi baş məşqçini komandadan kənarlaşdırmaq istəyir

Stefano Pioli bu yay "Milan"ın baş məşqçi postundan uzaqlaşdırıla bilər.

Reyting.az
“Sportitalia”ya istinadla xəbər verir ki, futbol klubunun sahibi Cerri Kardinale ötən il komandanı çempionluğa aparan mütəxəssisin işindən narazıdır. Buna səbəb kimi, bu dəfə A seriyasının bitməsinə 3 tur qalmış komandanın 5-ci yerdə olmasıdır.

Böyük ehtimalla 57 yaşlı məşqçi mövsümün sonunda komandadan kənarlaşdırılacaq. Məlumata görə, bu, həm də oyunçulardan istifadənin səmərəliliyi ilə bağlıdır.

İddia olunur ki, klubun sahibi baş məşqçi postuna əsas namizədlə bağlı qərar verib - bu, "İnter" və "Yuventus"da çalışmış, bu yaz "Tottenhem"dən ayrılan Antonio Kontedir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}