Premyer Liqa: bu gün üç qarşılaşma olacaq
Tarix: 27-05-2023 09:02 | Bölmə: İdman
Premyer Liqa: bu gün üç qarşılaşma olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start veriləcək.

Reyting.az
xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma olacaq.

"Sumqayıt" "Zirə"ni, "Qəbələ" "Kəpəz"i qəbul edəcək. Bu görüşlər UEFA Konfrans Liqasına vəsiqə üçün önəmlidir. "Qəbələ" məğlub olmasa avrokuboklarda iştirakını rəsmiləşdirəcək.

Çempionatın autsayderləri olan "Səbail" və "Şamaxı" "ASCO Arena"da münasibətlərə aydınlıq gətirəcəklər. "Dənizçilər"ə elitada qalmaq üçün heç-heçə də kifayət. Bölgə klubu isə I Diviziona düşməmək üçün mütləq qələbə qazanmalıdır.

Azərbaycan Premyer Liqası

XXXVI tur


27 may

17:30. "Sumqayıt" - "Zirə"

17:30. "Qəbələ" - "Kəpəz"

20:00. "Səbail" - "Şamaxı"

28 may

"Neftçi" - "Sabah"

"Qarabağ" - "Turan Tovuz"

Turnir cədvəli

1. "Qarabağ" - 87 xal

2. "Sabah" - 81 xal

3. "Neftçi" - 65 xal

4. "Qəbələ" - 49 xal

5. "Zirə" - 47 xal

6. "Turan Tovuz" - 39 xal

7. "Kəpəz" - 30 xal

8. "Sumqayıt" - 28 xal

9. "Səbail" - 26 xal

10. "Şamaxı" - 25 xal.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}