Krım çempionatı... - Orda futbolçular daha çox qazanır
Tarix: 30-05-2023 18:02 | Bölmə: İdman
Krım çempionatı... - Orda futbolçular daha çox qazanır

Futbolçular Krım çempionatında İkinci Liqadan daha çox qazana bilərlər. Reyting.az xəbər verir ki, bunu CSKA-nın keçmiş futbolçusu Alan Koroev deyib.

Onun sözlərinə görə, Krım çempionatı davam edir, ora materikdən çoxları gedir və orada İkinci Liqadan daha çox pul ödəyirlər.

Qeyd edək ki, ÇSKA-nın yetirməsi olan Alan Koroyev Krım çempionatında “Sevastopol” və “Okean” (Kerç) klublarında çıxış edib.

İndi rusiyalı oyunçu “Uttara”nı Banqladeş Respublikası çempionatında təmsil edir. Koroev Qırğızıstanın "Batken" klubunda da çıxış edib və bir müddət Krasnodar akademiyasında oynayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}