Futbolçu narkotik qaçaqmalçılığında ittiham olunur
Tarix: 30-05-2023 21:04 | Bölmə: İdman
Futbolçu narkotik qaçaqmalçılığında ittiham olunur

"Spartak" futbol komandasının hücumçusu Quincy Promes narkotik qaçaqmalçılığı işində şübhəli şəxs kimi tanınıb.

Reyting.az
“Net Parool”a istinadla xəbər verir ki, Hollandiya prokurorluğu 31 yaşlı futbolçunu məsuliyyətə cəlb edib.

Yerli hakimiyyət hücumçunu 2020-ci ilin yanvar ayında ümumi çəkisi 1370 kq olan iki partiya narkotik gətirməkdə ittiham edir. Antverpen limanında qadağan olunmuş maddələr aşkar edilib, futbolçunun bu işdə əli olduğu isə onun telefon danışığından üzə çıxıb.

Onu da qeyd edək ki, Promes öz əmisi oğlunu bıçaqlamaqda da ittiham olunur. Hadisə 2020-ci ilin dekabrında baş verib. Hər iki iş üzrə dinləmələr iyunun 5-də Amsterdam məhkəməsində keçiriləcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}