Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb
Tarix: 31-05-2023 23:31 | Bölmə: İdman
Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

Macarıstanın paytaxt Budapeştdə İspaniya "Sevilya"sı ilə İtaliya "Roma"sı arasında keçiriləcək UEFA Avropa Liqasının final oyunundan öncə insident baş verib.

Məlumata görə, iki komandanın azarkeşləri arasında kütləvi dava düşüb. Hadisə nəticəsində iki fanat xəstəxanaya yerləşdirilib, bir neçə tərəfdar isə saxlanılıb.

İnsidentin təkrarlanmaması üçün hüquq-mühafizə orqanları şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib(Report)

Qeyd edək ki, bu gün "Puşkaş Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}