16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyinatı olub
Tarix: 05-06-2023 10:07 | Bölmə: İdman
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyinatı olub

“Araz-Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat olub.

Azərbaycan Futzal Federasiyasından Reyting.az-a verilən məlumata görə, mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib.

Baş məşqçi postuna Vitali Borisov təyin olunub.

Ona serb mütəxəssislər - Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək. P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.

Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}