“Bərəkət” İctimai Birliyi çiyələkçiliyin inkişafına dair kitab hazırlayıb
Tarix: 28-01-2022 13:19 | Bölmə: İqtisadiyyat
“Bərəkət” İctimai Birliyi çiyələkçiliyin inkişafına dair kitab hazırlayıb

“Bərəkət” İctimai Birliyi Özəl Sektorun İnkişafı Layihəsi (PSA) çərçivəsində çiyələkçiliyin inkişafına dair kitabın hazırlanmasında iştirak edib. Layihə üzrə kitabın hazırlanması və redaktə edilməsi “Bərəkət” İctimai Birliyinin məsləhətçilər qrupuna həvalə edilib.

PSA layihəsi Azərbaycan iqtisadiyyatının dayanıqlılığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradır. Layihənin məqsədi Azərbaycanda özəl sektorun rəqabətliliyini gücləndirmək (əsas diqqəti kənd təsərrüfatının inkişafına və aqrar iqtisadi fəaliyyətə yönəltməklə) və mikro, kiçik və orta sahibkarlığın inkişafına mane olan inzibati maneələri aradan qaldırmaqdır.






Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}