Mərkəzi Neftçilər Xəstəxanasının üç tenderi ləğv edilib
Tarix: 11-12-2024 12:54 | Bölmə: İqtisadiyyat
Mərkəzi Neftçilər Xəstəxanasının üç tenderi ləğv edilib

Mərkəzi Neftçilər Xəstəxanasının üç tenderi birdən ləğv edilib.

Reyting.a
z Tribunainfo.az-a istinadla xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Məlumatda deyilir ki, hər üç tenderin ləğv edilməsinin əsas səbəbi “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin pozulmasıdır. Həmin maddəyə əsasən keçirilən tenderdə iştirakçıların sayı 3-dən az olub.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasının tenderlərindən biri döşəmə üzlüklərinin (linoleum) satın alınması ilə bağlı olub. Həmin tenderi dəyəri 151.757,97 manat təşkil edibmiş.

İkinci tender isə 30.231,60 manat dəyərində olan elektrik enerji axınının təhlükəsizliyinin təmin edilməsi üçün görüləcək xidmətlərin satın alınmasını ehtiva edib.

Linet markalı çarpayıların təmiri üçün tələb olunan ehtiyyat hissələrinin satın alınması isə 209.372,71 manatlıq olub ki, o da ləğv edilib.




Bölməyə aid digər xəbərlər
6-12-2024, 08:23 ABŞ pulsuz qala bilər

bütün xəbərlər