Bakıda daha 645 vergi ödəyicisinə sanksiya tətbiq olunub
Tarix: 24-12-2024 16:07 | Bölmə: Slayd
Bakıda daha 645 vergi ödəyicisinə sanksiya tətbiq olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 645 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Reyting.az
xəbər verir ki, bu obyektlərdə POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib.

Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar verilib.

Bildirilir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər