“Putini dayandırın!” - Slovaklar Fikonun Rusiyaya səfərinə qarşı çıxır
Tarix: 24-12-2024 16:36 | Bölmə: Dünya
“Putini dayandırın!” - Slovaklar Fikonun Rusiyaya səfərinə qarşı çıxır

Slovakiyada baş nazir Robert Fikonun Rusiyaya səfərinə qarşı kütləvi nümayişlər keçirilib.

Reyting.az
“Sky News”ə istinadla xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada insanlar ölkə hökuməti başçısının Rusiya Federasiyasına səfərinə etiraz olaraq küçələrə axışıb.

Nümayişçilər əllərində Ukraynaya dəstək yazıları olan plakatlar tutublar. Plakatların birində “Putini dayandırın!”, digərində “Xəyanət iyi gəlir!” sözləri yazılıb.

Xatırladaq ki, ötən gün Slovakiyanın baş naziri Robert Fiko Moskvaya səfər edib və burada Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşüb.

Fikonun sözlərinə görə, Putinlə “uzun” söhbətində onlar Ukraynada baş verənlər, Ukraynadakı hərbi vəziyyət, müharibənin tezliklə sülh yolu ilə bitməsinin mümkünlüyü və Slovakiya ilə Rusiya Federasiyası arasında münasibətlər haqqında fikir mübadiləsi aparıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər