09:33 / 27-06-2025
Qaxda zəlzələ olub
AZAL Bakı-Təl-Əviv-Bakı reyslərini bərpa edir
Tarix: 28-06-2025 11:31 | Bölmə: İqtisadiyyat
AZAL Bakı-Təl-Əviv-Bakı reyslərini bərpa edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) iyunun 28-dən etibarən Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Reyting.az
-ın məlumatına görə, AZAL-dan bildiriblər ki, uçuşların müvəqqəti dayandırılmasına səbəb Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması olub. Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.




Bölməyə aid digər xəbərlər