Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyulub
Tarix: 04-07-2025 10:59 | Bölmə: İqtisadiyyat
Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyulub

Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsin digital rentgen (7 ədəd) və flüoqrafiya avadanlığının (7 ədəd) alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Ləğvedilmənin səbəbi açıqlanmayıb.

Satınalmanın dəyəri 4 454 170 AZN olub.




Bölməyə aid digər xəbərlər