Mərkəzi Bankın tenderi ləğv olunub
Tarix: 07-07-2025 09:53 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bankın tenderi ləğv olunub

Azərbaycan Respublikası Mərkəzi Bankının microsoft 365 E3 lisenziyalarının alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

Məlumata görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin ümumi dəyəri 984 284 AZN olub(Pravda).

Reyting.az




Bölməyə aid digər xəbərlər