Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı qanun dəyişib
Tarix: 14-07-2025 18:07 | Bölmə: İqtisadiyyat
Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı qanun dəyişib

Nazirlər Kabineti “2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli qərarında dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əasən, Dövlət Statistika Komitəsi kənd təsərrüfatının siyahıyaalınması başa çatdıqdan sonra bu məqsəd üçün alınmış planşet tipli kompüterlərin Elm və Təhsil Nazirliyi ilə yanaşı ölkənin şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin (hər birinə bir ədəd olmaqla) balansına verilməsi məqsədilə qanunvericiliyə uyğun zəruri tədbirlər görəcək.




Bölməyə aid digər xəbərlər