Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi ləğv olunub
Tarix: 17-07-2025 10:15 | Bölmə: İqtisadiyyat
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi ləğv olunub

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin laboratoriya reaktivlərinin və istismar materiallarının alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

Məlumata görə, qərarı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Tenderin ümumi dəyəri 379 114 AZN olub(pravda).




Bölməyə aid digər xəbərlər